"Mənə Moneni göstər" rəsmi 10 mln dollara satıldı

Hazırda oxunan: "Mənə Moneni göstər" rəsmi 10 mln dollara satıldı

1040

Britaniyalı "street art" rəssamı Benksinin "Mənə Moneni göstər" əsəri hərraca çıxarılaraq 8 dəqiqəyə təxminən 10 mln. ABŞ dollarına satılıb.

Bizim.Media Apa-Economics -ə istinadən xəbər verir ki, bu barədə "Sotheby's" hərrac evinin "Twitter" hesabında bildirilir.

Qeyd olunub ki, Benksinin "Mənə Moneni göstər" əsəri Klod Monenin şah əsərinə dəcəl bil dönüşdür. Rəsm əsəri 8 dəqiqə ərzində təxmin edilən qiymətdən qat-qat üstün satılaraq 7 551 600 funt sterlinq (9 814 353 dollar) məbləğində gəlir gətirib.

Qeyd edək ki, Benksinin 2018-ci ildə Miladdan öncə Uelsdə bir qarajın divarlarına çəkdiyi qrafiti 100 min funt sterlinqdən (130 min dollar) baha satılıb.

Xatırladaq ki, Benksi andeqraund rəssamı, siyasi fəal və kinorejissordur. 1990-cı illərin sonunda qrafitiyə başlayan Benksi tədricən qrafitidən unikal art-obyektlər və aksiyaların yaradılmasına keçdi. Onun işləri kəskin sosial mövzularla seçilir. 2010-cu ildə Benksi Berlin Beynəlxalq Film Festivalında "Suvenir mağazasından çıxış" sənədli filmi ilə iştirak edib. Film sonradan Oskar mükafatına nominasiya edilib. Benksinin əsl adı və real həyatı ən yaxın tərəfdaşları istisna olmaqla heç kimə məlum deyil.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO