“Ürəyim artıq zəifləyib. Həkimlər məsləhət görürlər ki, çox ağır obrazlar oynamayım. Deyirəm ki, mən səhnə və obrazlarım üçün yaranmışam”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Mələykə Əsədova qonaq olduğu “7 canlı” axşam şousunda deyib.
Sənətçi bildirib ki, həyatda ən çox qorxduğu mərdimazar insanlardır.
“Qızdırmalı olsam da belə, eyni hisslərlə o rolu oynayacağam. O anda isə Məleykə deyiləm. Nurcahan, Kleopatra, Şirin, Selcan, İlkcan və ya Natavanam. Hər gün məşqlər gedir. 33 ildir eyni şöhrəti saxlayıram, eyni alqışı görürəm. Buna görə gecə-gündüz Allahıma şükürlər edirəm.
Ən çox qorxduğum isə mərdimazar insanlardır. Allah bizi mərdimazar insanlardan uzaq etsin. Balaca dünyam var. Orada sənətim, qızım, mən, obrazlarım var. Obrazlarımla yaşayıram”.
Qeyd edək ki, M.Əsədovanın Gülər adlı bir qız övladı var. Gülər Yüksək bal toplayaraq, Azərbaycan Diplomatik Akademiyasına daxil olub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:54 / 12.11.2022
Mələykə Əsədova: “Həyatda ən çox qorxduğum mərdimazar insanlardır” – VİDEO
Hazırda oxunan: Mələykə Əsədova: “Həyatda ən çox qorxduğum mərdimazar insanlardır” – VİDEO
Hazırda oxunan: Mələykə Əsədova: “Həyatda ən çox qorxduğum mərdimazar insanlardır” – VİDEO
103978
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.