"Rusiyanın itkiləri 80 mini keçib" - Ukrayna Baş Qərargahı

Hazırda oxunan: "Rusiyanın itkiləri 80 mini keçib" - Ukrayna Baş Qərargahı

103937

Ukraynada son sutkada Rusiyanın 810 canlı qüvvəsi zərərsizləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 80 210 hərbçisi məhv edilib. 

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin indiyədək digər döyüş itkiləri 2 838 tank, 5 730 zirehli maşın, 1 506 operativ-taktiki PUA, 1 829 artilleriya sistemi, 399 reaktiv yaylım atəşi sistemi, 205 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 4 279 avtomobil və tanker, 160 xüsusi texnikadan ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO