“Bizim möhtəşəm qələbəmizdən sonra müharibənin ikinci mərhələsi başlayıb. Burada birincidən də daha həssas olmalıyıq”.
Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.
MÖVZU İLƏ BAĞLI:
''Suyun qiyməti ilə bağlı doğru izah verilməlidir'' - Fazil Mustafa
Deputat bildirib ki, erməni təxribatına artıq start verilib. O Azərbaycanın diplomatik nümayəndələrinə hədələr, təhdidlər başlanıldığını vurğulayıb:
“Tarixi yada salmalıyıq. Türkiyə səfirlərinin ASALA tərəfindən xaricdə güllələnməsi faktları mövcuddur. İndi bu təhdidlər Azərbaycan səfirlərinə qarşı da var”.
Deputat qeyd edib ki, sapı özümüzdən olan bəzi baltalar təbliğat məsələsində də səhvlərə yol verir:
“Məsələn, Türkiyənin Azərbaycana gəlməsi ilə bağlı. Digər tərəfdən, sərhədlərin dəqiqləşdirilməsi məsələsi var. Bizim ən böyük sərhədimiz Ermənistanladır. Hissə-hissə bu sərhədlərin müəyyənləşməsi prosesi baş verir”.
Bizim.Media