Azərbaycanda könüllü pensiya sistemi tətbiq olunacaq

Azərbaycanda könüllü pensiya sistemi tətbiq olunacaq

Hazırda oxunan: Azərbaycanda könüllü pensiya sistemi tətbiq olunacaq

103830

“İnflyasiya ilə bağlı hökumətimiz tərəfindən daimi işlər həyata keçirilir”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, 2019-cu ildən bu yana 6 milyard manat 4 milyon insana şamil olunub: 

“Gələn il bütün əlavə gəlirlər bizim 2-3 prioritet sahələrdən biri olan sosial sahələrə yönəldiləcək”.

Nazir qeyd edib ki, yeni təkmilləşmələr hazırlayırlar: 

“Pensiya sisteminin ikinci mərhələsi ilə bağlı Avropa İttifaqı ilə birlikdə layihə hazırlanır. Bununla bağlı aidiyyəti qurumlarla da razılaşmalar aparılır. Lakin bir şeyi bilməliyik ki, könüllü pensiya sistemi icbari pensiya sistemini əvəz edə bilməz. Məcburi pensiya sistemi öz yerində qalacaq, könüllü pensiya sistemi də tətbiq olunacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO