Əmək müqavilələri ilə bağlı YENİLİK – Bu şərt məcburi olacaq

Əmək müqavilələri ilə bağlı YENİLİK – Bu şərt məcburi olacaq

Hazırda oxunan: Əmək müqavilələri ilə bağlı YENİLİK – Bu şərt məcburi olacaq

103819

“Azərbaycanda tam elektron əmək müqaviləsinə keçidlə bağlı qanunvericilik paketi hazırlanıb. Yaxın zamanda Milli Məclisə təqdim olunacaq. Növbəti ildə ölkədə bütün əmək müqavilələrində məcburi olaraq elektron imzalanması təmin ediləcək”. 

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclası zamanı bildirib. 

Sahil Babayev qeyd edib ki, bununla da əmək kitabçalarına, kağız üzərində əmrləşməyə və digər hallara ehtiyac qalmayacaq: 

“Ölkə üzrə kadr kargüzarlığı və inzibatçılığı, həmçinin paralel olaraq digər parametrlərin hamısı elektron sistem üzərindən idarə olunacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO