Neftin qiyməti büdcədə niyə aşağı götürülüb?

Neftin qiyməti büdcədə niyə aşağı götürülüb?

Hazırda oxunan: Neftin qiyməti büdcədə niyə aşağı götürülüb?

103805

Maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətinin mövcud qiymətlərdən daha aşağı səviyyədə götürülməsi məsələsinə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Qiymətlərdə eniş baş verəndə də problemlər başlayır. Bizim siyasətimiz neft qiymətlərindən asılılığı ardıcıl sürətdə azaltmaqdan ibarətdir. Hazırda biz dünya bazarında 90 dollardan yüksək olan qiyməti 50 dollar səviyyəsində nəzərə almışıq”, - deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO