Azərbaycanın neft və qaz ixracının HƏCMİ AÇIQLANDI 

Azərbaycanın neft və qaz ixracının HƏCMİ AÇIQLANDI 

Hazırda oxunan: Azərbaycanın neft və qaz ixracının HƏCMİ AÇIQLANDI 

103802

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda hasil edilmiş 27,2 milyon ton neftin 21,9 milyon tonu ixrac edilib.

Bizim.Media xəbər verir ki, bu barədə bu gün energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artımla hasil edilmiş 38,4 milyard kubmetr qazın 18,2 milyard kubmetri ixrac olunub.

"Yanvar-oktyabr aylarında qaz ixracı 17,4 faiz artıb. Avropaya 9,3 milyard kubmetr, Türkiyəyə 6,9 milyard kubmetr, Gürcüstana isə 2 milyard kubmetr qaz ixrac olunub", - deyə nazir yazıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO