Cavanşir: “Fonoqramma ilə 10 min manata toya getmək, oxumaq deyil” - VİDEO

Cavanşir: “Fonoqramma ilə 10 min manata toya getmək, oxumaq deyil” - VİDEO

Hazırda oxunan: Cavanşir: “Fonoqramma ilə 10 min manata toya getmək, oxumaq deyil” - VİDEO

103798

“O qədər konservatoriyanı bitirib oxuya bilməyənlər var ki... Xan əmi, Akif İslamzadə, Rəşid Behbudov konservatoriya bitirib? Xeyr! Oxumaq bir istedaddır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Sənətçi 10 min manata toya gedib, fonoqram oxuyan həmkarlarını qınayıb:

“Firuzə xanımla (Əməkdar artist Firuzə İbadova – red.) mənə sual verirlər ki, necə belə cavan qalmısınız? Biz cavan qalmışıq, ona görə ki, bizim hər gün daxili orqanlarımız məşq edir.

Oxuyanda ağciyər, qaraciyər, böyrək, ürək gəlir dayanır boğazında. Əgər oxuya bilirsənsə... Yox əgər boğazdan yuxarı, fonoqram oxuyursansa və fonoqramma ilə 10 min manata toya gedirsənsə, o oxumaq deyil. Fonoqram oxumaq olar. Toyda iki dənə fonoqram oxuyursansa,  gərək bir dənə canlı oxuyasan”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO