İlham Əliyev Səmərqəndin

İlham Əliyev Səmərqəndin "Registan" meydanında ağac əkib – YENİLƏNİB - VİDEO

Hazırda oxunan: İlham Əliyev Səmərqəndin "Registan" meydanında ağac əkib – YENİLƏNİB - VİDEO

103793

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları “Yaşıl məkan” layihəsi çərçivəsində Səmərqəndin “Registan” meydanında ağac əkiblər.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ağacəkmə mərasimində iştirak edib.

Mühüm tarixi hadisələrin şahidi olan möhtəşəm “Registan” meydanında ağacəkmə mərasimi türk dünyası sivilizasiyasının yeni mərhələyə qədəm qoymasını təcəssüm etdirir.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusa malik ölkələrin paytaxtlarında da eyni vaxtda təşkil edilən ağacəkmə tədbirləri onlayn qaydada monitorda nümayiş olunub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbirdə çıxış edərək dövlət və hökumət başçılarını qədim Turanın incisi Səmərqənddə salamlamaqdan məmnunluğunu bildirib, bu Zirvə Görüşündə mühüm sənədlərin, o cümlədən türk dünyası sivilizasiyasında yeni mərhələnin başlanğıcı olan Səmərqənd Bəyannaməsinin imzalandığını vurğulayıb.

Prezident Şavkat Mirziyoyev təşkilata üzv və müşahidəçi ölkələrdə ağacəkmə aksiyalarının keçirilməsinin qlobal problemlərdən olan ana təbiətin qorunub saxlanmasına verilən önəmin göstəricisi olduğunu deyib.

Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycanda uzun illərdir “Yaşıl marafon” proqramı əsasında ağacəkmə aksiyalarının keçirildiyini qeyd edən Prezident Şavkat Mirziyoyev belə təşəbbüslərin təşkilata üzv və müşahidəçi ölkələrdə də davamlı reallaşdırıldığını, qardaş Türkiyədə hər il noyabrın 11-nin Milli Yaşıllaşdırma Günü olduğunu bildirib.
Sonra dövlət başçıları “Registan” meydanında ağac əkiblər.

Sonda xatirə şəkli çəkdirilib.

***

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçıları Səmərqəndin "Registan" meydanında ağac əkiblər.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ağacəkmə mərasimində iştirak edib.

Bizim.Media






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO