Brilliant Dadaşova:

Brilliant Dadaşova: ""Badımcan"dan qutardıq, keçdik "pomidor"a" - VİDEO 

Hazırda oxunan: Brilliant Dadaşova: ""Badımcan"dan qutardıq, keçdik "pomidor"a" - VİDEO 

103691

Xalq artisti Brilliant Dadaşova "Bakı Taksi Xidməti"nin yeni nəsil avtomobillərini məsxərəyə qoyub.  

Bizim.Media xəbər verir ki, sənətçi hava limanında qırmızı rəngdə olan taksilərin videosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb.  

Dadaşova "Biraz gülək, ürəyimiz açılsın" başlığı altında yayımladığı görüntülərdə fikirlərini bu cür ifadə edib:

"Bu taksilər xoşuma gəldi. "Badımcan" adlı taksilərdən qutardıq keçdik "Pomidor" adlı taksilərə. Amma bunlar gəşəngdirlər (gülür)". 
Qeyd edək ki, 2012-ci ildə "Bakı Taksi Xidməti" ölkəyə tünd bənövşəyi rəngli "London taksi"lərini (əhali arasında "badımcan taksi” deyilirdi - red.) gətirib. İllər sonra bu nəqliyyat vasitələri daha müasir, qırmızı rəngli taksilərlə əvəz olunub. Onlar isə rənginə görə əhali arasında "pomidor taksi" kimi adlandırılıb.  

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO