Azərbaycanda tüğyan edən hansı virusdur? - AÇIQLAMA

Azərbaycanda tüğyan edən hansı virusdur? - AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda tüğyan edən hansı virusdur? - AÇIQLAMA

103668

“Azərbaycanda son günlər yayılan qrip virusu kəskin respirator virus infeksiyasıdır”.

Bunu Bizim.Media-ya açıqlamasında tibb elmləri namizədi Aydın Əliyev son zamanlar ölkəmizdə geniş yayılan qrip virusunun nə olduğuna aydınlıq gətirərkən deyib:

“Hər hansı bir ölkədə hansısa yolxucu xəstəliklə bağlı artım tempi müşahidə edilərsə, müvafiq qurumlar xəstələrdən müvafiq testlər götürməli, müayinələr aparalı, qan analizləri almalıdırlar. Bu yolla virusa səbəb olan törədicinin hansı mikrob olduğunu dəqiq təyin etməlidirlər. Amma təəssüf ki, ölkəmizdə belə testlər aparılmır. Müşahidələr göstərir ki, son vaxtlar uşaqlarda kəskin respirator virus infeksiyası pnevmaniya ilə də müşayiət olunur”. 

Həkim deyir ki, bu virusdan tam qorunmaq mümkün deyil:

“Virusa qarşı mübarizə üçün əsasən uşaqların immunitetinin gücləndirilməsinə fikir verməliyik. Bunun üçün də normal qidalanmaq kifayətdir. Çalışmalıyıq ki, stres halları da azalsın”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO