Stoltenberq: “Rusiya ağır təzyiq altındadır”

Stoltenberq: “Rusiya ağır təzyiq altındadır”

Hazırda oxunan: Stoltenberq: “Rusiya ağır təzyiq altındadır”

103658

“Ukrayna silahlı qüvvələri Rusiya qüvvələrini geri oturdur və torpaqlarını azad edir. Bütün bunlar Ukraynanın qorxmaz və cəsur əsgərlərinin etdikləridir".

Bizim.Media xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq İtaliya Baş naziri Giorgia Meloni ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Eyni zamanda, NATO müttəfiqlərinin, həmçinin İtaliyanın verdiyi hərbi dəstək hər gün döyüş meydanında fərq yaradır və Ukraynanın irəliləməsi üçün vacib olaraq qalır”, - NATO Baş katibi qeyd edib.

Onun sözlərinə görə, Rusiya ağır təzyiq altındadır:

"Rusiya Xersondan çəkildiyini bəyan edib. Biz qarşıdakı günlərdə vəziyyətin necə olacağını nəzarətdə saxlayacağıq. Rusiya qüvvələrinin Xersonu tərk etməsi Ukrayna üçün digər bir qələbə olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO