Nazpəri İlhamə Quliyevadan DANIŞDI: “Gərək mənimlə münaqişə etməzdi” - VİDEO

Nazpəri İlhamə Quliyevadan DANIŞDI: “Gərək mənimlə münaqişə etməzdi” - VİDEO

Hazırda oxunan: Nazpəri İlhamə Quliyevadan DANIŞDI: “Gərək mənimlə münaqişə etməzdi” - VİDEO

103539

“O, (Xalq artisti İlhamə Quliyeva – red.)  məndən əvvəl böyük sənət adamı olub. Neçə illər efirdə idi. Allah rəhmət etsin, gərək mənimlə münaqişə etməzdi. Bu şeylər olmayaydı”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artist Nazpəri Dostəliyeva qonaq olduğu “Səhərin səsi” verilişində deyib.

Mərhum Xalq artisti İlhamə Quliyevadan söz açan sənətçi bildirib ki, qarşı tərəfin onunla münaqişə etməsi yanlış addım idi.

“Şəxsən mən o xanımın yerinə olsaydım, belə şeylər etməzdim. Çünki o sözünü demiş sənətkardır. Mən dünənki gənc idim. Onun mənimlə münaqişə etməsi doğru deyildi.

Onun yerində olsaydım, özümü Nazpəriyə rəqib görməzdim. Çünki mən 30-40 il bu sənətdə öz sözümü demişəmsə, yeni çıxan gənc müğənnini heç zaman özümə rəqib bilməzdim. Bu sənətdə aqressiya yox paxıllıq var”, - deyə N.Dostəliyeva bildirib.
Qeyd edək ki, mərhum İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onu efirdə parodiya etməsinə qəzəblənərək məhkəməyə vermişdi. O, iddia ərizəsində şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirmişdi.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO