“Meta”da kütləvi İXTİSAR - 11 mindən çox işçi...

“Meta”da kütləvi İXTİSAR - 11 mindən çox işçi...

Hazırda oxunan: “Meta”da kütləvi İXTİSAR - 11 mindən çox işçi...

103482

“Meta” şirkəti gəlirlərinin azalması səbəbindən işçilərinin 13 %-ni və ya 11 mindən çox işçisini ixtisar edib. 

Bizim.Media CNBC-yə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Mark Zukerberq məktub yayımlayıb. 

“Bu gün sizə “Meta” şirkətinin tarixinin ən çətin qərarlarından birini açıqlamaq istərdim. Komandamızın sayını, təxminən, 13 % azaltmaq və ya 11 mindən çox istedadlı işçimizi ixtisar etmək qərarına gəldim. Biz həmçinin xərcləri azaltmaqla və işə qəbulla bağlı moratoriumun müddətini uzatmaqla daha kompakt və effektli şirkət olmaq üçün bir sıra əlavə addımlar atacağıq”, - Zukerberq bildirib. 
CNBC-də dərc edilən məqalədə bildirilib ki, kütləvi ixtisarların səbəblərindən biri “Meta”nın gəlirlərinin kəskin azalmasıdır. Şirkətin rəhbəri zəif göstəricilərə görə məsuliyyəti öz üzərinə götürüb. 

Xatırladaq ki, 2022-ci ilin sentyabr ayının sonuna olan məlumata görə, bu şirkətdə 87 min nəfər işləyirdi. 

“Meta” şirkəti Feysbuk və İnstaqram sosial şəbəkələrinin sahibidir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO