İlham Zəkiyev dünya çempionatında finala yüksəldi

İlham Zəkiyev dünya çempionatında finala yüksəldi

Hazırda oxunan: İlham Zəkiyev dünya çempionatında finala yüksəldi

103477

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib. 

Bizim.Media xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 42 yaşlı idmançı ardıcıl olaraq, Onur Taştan (Türkiyə), Qanbat Daştseren (Monqolustan) və Romald Rabotyeyə (Fransa) qalib gəlib. 

Dünya və 8 qat Avropa, 2 qat paralimpiya çempionu həlledici görüşdə Vilyans Araujo (Braziliya) ilə qüvvəsini sınayacaq. 
 Qadın paracüdoçulardan isə 70 kq-da Xanım Hüseynova və Xatirə İsmiyeva bürünc medal görüşlərinə çıxacaq. 

Qeyd edək ki, hələlik Azərbaycan təmsilçilərindən 73 kq-da Namik Abbaslı və 48 kq-da Şəhanə Hacıyeva bürünc medal qazanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO