ABŞ-da keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

ABŞ-da keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Hazırda oxunan: ABŞ-da keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

103438

ABŞ-da Konqresə növbəti seçkilər keçirilib. 

Bizim.Media xəbər verir ki, səsvermələrin nəticələrinə əsasən, ABŞ-ın 118-ci Konqresinin tərkibi müəyyən ediləcək. 

Ölkədə xalq 435 yerlik Nümayəndələr Palatasının tamamı və 100 yerlik Senatda 35 yer üçün səsverməyə gedib. 

Beləliklə, indiyədək açıqlanan nəticələrdə respublikaçılar 11, demokratlar isə 5 yer qazanıblar. Elan edilmiş nəticələrdə 40 yer respublikaçılara, 41 yer isə demokratlara məxsusdur. 

ABŞ-da səslərin hesablanması davam edən Konqres aralıq seçkilərində Demokratlar Nümayəndələr Palatasında 47, Respublikaçılar isə 82 yer qazanıblar.

Həmçinin müxtəlif xəbər agentlikləri seçkilərlə bağlı qeyri-rəsmi nəticələri açıqlayıb: 

Senat (100 yer) 

Fox: Demokratlar 43 - Respublikaçılar 43 

NBC: Demokratlar 43 - Respublikaçılar 44 

CNN: Demokratlar 42 - Respublikaçılar 44 

Reuters: Demokratlar 43 - Respublikaçılar 45 

Nümayəndələr Palatası (435 yer) 

Fox: Demokratlar 71 - Respublikaçılar 114 

NBC: Demokratlar 102 - Respublikaçılar 158 

CNN: Demokratlar 101 - Respublikaçılar 158 

Reuters: Demokratlar 105 - Respublikaçılar 168 

Nümayəndələr Palatasına nəzarət etmək üçün 218 yer lazımdır. 

Səslərin sayılması davam edir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO