Balakəndə idman turnirləri keçirilib - FOTO 

Balakəndə idman turnirləri keçirilib - FOTO 

Hazırda oxunan: Balakəndə idman turnirləri keçirilib - FOTO 

103429

Balakən rayonunda Zəfər Gününə və 9 Noyabr Dövlət Bayrağı Gününə həsr edilən yeniyetmələr arasında sərbəst güləş və şahmat üzrə rayon turnirlərinə yekun vurulub. 

Bizim.Media-nın yerli bürosuna Rayon Gənclər və İdman İdarəsindən verilən məlumata əsasən, İdarənin və rayon Uşaq-gənclər idman-şahmat məktəbinin birgə təşkilatçılığı ilə Balakən Olimpiya idman kompleksində keçirilən sərbəst güləş üzrə turnirdə 12 çəki dərəcəsində 83 idmançı mübarizə aparıb. 

10-12 və 14-16 yaş qrupları üzrə keçirilən şahmat turnirində isə 88 yeniyetmə və gənc iştirak edib.  

Hər iki turnirin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıb. Eyni zamanda əlamətdar bayramlarla əlaqədar Balakən Olimpiya idman kompleksində startı verilən bələdiyyə və təşkilat komandaları arasında mini futbol üzrə rayon birinciliyində 19 komanda mübarizə aparır. Dairəvi sistem üzrə keçirilən yarış dekabrın sonunadək davam edəcək.  

Tural Rasimoğlu, Bizim.Media, ,Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO