\

\"Qarabağ\"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli oldu

Hazırda oxunan: \"Qarabağ\"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli oldu

103425

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"inə qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb. 

Bizim.Media-nın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, 2023-cü il fevralın 16-da Bakıda gerçəkləşəcək ilk qarşılaşma saat 21:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. 
 
Fevralın 13-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında yer aldığı G qrupunu 3-cü pillədə başa vurduğu üçün Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO