Van Qoqun indiyədək məlum olmayan şəkli tapıldı

Van Qoqun indiyədək məlum olmayan şəkli tapıldı

Hazırda oxunan: Van Qoqun indiyədək məlum olmayan şəkli tapıldı

103419

Dünyaca məşhur rəssam Vinsent van Qoqun (1853-1890) indiyədək məlum olmayan şəkli tapılıb. 

Bizim.Media "Omroep Gelderland" telekanalına istinadən xəbər verir ki, şəkli Niderlandın Beneden-Leuven şəhərinin sakini Andries van Beijk tapıb. 

"Mən bu ailə albomunu Purmerend şəhərindəki köhnə əşyaların satıldığı bazardan almışam. Evdə fotoşəkillərə baxanda Van Qoqun atası ilə eyni küçədə yaşayan Bredadan olan fotoqraf Dirk-Jan Le Grandın qeydinə rast gəldim", - o deyib. 

Şəkil hazırda Amsterdamdakı Van Qoq Muzeyində mütəxəssislər tərəfindən öyrənilir. 

Telekanalın məlumatına görə, hazırda Van Qoqun yalnız bir sağ qalmış şəkili məlumdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO