Prezidentin xüsusi nümayəndəsi:

Prezidentin xüsusi nümayəndəsi: "Qarabağa qayıdışın ilkin mərhələsi yekunlaşıb”

Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi: "Qarabağa qayıdışın ilkin mərhələsi yekunlaşıb”

103373

"Qarabağa qayıdışın ilkin mərhələsi artıq yekunlaşıb". 

Bizim.Media xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Ağalı kəndində Zəfər Gününə həsr olunan konsert proqramından sonra jurnalistlərə müsahibəsində deyib. 

O, bildirib ki, son iki il ərzində kifayət qədər böyük işlər görülüb: 

"Ağalı kəndində genişmiqyaslı bərpa-quruculuq işləri, müxtəlif infastruktur layihələri həyata keçirilib. Bunlardan biri bu yaxınlarda Zəngilanın işğaldan azad edilməsi günündə Beynəlxalq Hava Limanının açılışı idi. Bu hava limanı həm Zəngilanın, həm də regionun iqtisadiyyatının inkişafına böyük töhfə verəcək”.  

Xüsusi nümayəndə bildirib ki, biz bütün bunları qəhrəman şəhidlərimizə, əsgər və zabitlərimizə borcluyuq:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO