İranın İslam Şurası Məclisinin 227 deputatı yaydığı bəyanatda etirazçıları “iğtişaşçı” adlandırıb və Məhkəmə Hakimiyyətindən onların edam (ölüm) hökmünün icra edilməsini tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Azad İran” Telegram kanalında yer alıb.
Parlamentin açıq iclasında iddia edilib ki, insanların həyatına və əmlakına odlu və soyuq silahlarla qəsd edən İŞİD-lə müqayisə edilir.
İranın 227 millət vəkili məhkəmə orqanlarından konkret şəxsin və ya qrupun adını çəkmədən “bu cinayətləri törədənlər” və “bəzi siyasətçilər kimi iğtişaşları qızışdıran” şəxslərlə mübarizə aparmağı tələb edib.
Xatırladaq ki, İnsan Haqları Təşkilatları İranda son iki ayda 300-dən çox etirazçının həyatını itirdiyini bildirir.
Bizim.Media
- A-
- A
- A+
Region
15:03 / 08.11.2022
İran parlamentinin 227 üzvü etirazçıların edam edilməsini tələb edir
Hazırda oxunan: İran parlamentinin 227 üzvü etirazçıların edam edilməsini tələb edir
Hazırda oxunan: İran parlamentinin 227 üzvü etirazçıların edam edilməsini tələb edir
103331
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.