Elnur oğlundan YAZDI: “Zəfər Günündə dünyaya gəlişin...” - FOTO

Elnur oğlundan YAZDI: “Zəfər Günündə dünyaya gəlişin...” - FOTO

Hazırda oxunan: Elnur oğlundan YAZDI: “Zəfər Günündə dünyaya gəlişin...” - FOTO

103287

Müğənni Elnur Məmmədov oğlu İnamla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi övladının bir yaşı olması münasibəti ilə sosial şəbəkə hesabında onunla birgə çəkilən fotosunu yayımlayıb.

“Zəfər Günündə dünyaya gəlişin mənə ikiqat hədiyyə oldu. Həm qələbəmizin, həm də sənin dünyaya gəlişin... Sənə sağlam, mənlikli və qürurlu ömür arzulayıram. Ən əsası əməlisaleh olub, dövlətinə, xalqına yararlı övlad ol”, - deyə Elnur bildirib.

Qeyd edək ki, Elnur Məmmədov 2011-ci ildə ailə qurub. Lakin onun 10 il övladı olmayıb. O, aylar əvvəl qonaq olduğu "Günün sədası" səhər şousunda ata olmaq üçün xeyli pul xərclədiyini açıqlayıb. Ötən il isə E.Məmmədovun İnam adlı oğlu dünyaya gəlib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO