Əməkdar artist Aygün Bəylər səmimi etiraflar edən zaman göz yaşlarına boğulub.
Bizim.Media xəbər verir ki, müğənni qonaq olduğu "Xəzərin sahilində" verilişində sənət yolundan söz açarkən ağlayıb.
"Bu kişilər (nəğməkar şair Baba Vəziroğlu və bəstəkar Kamalı nəzərdə tutur - red.) bilirlər kimin üçün hansı mahnıları ərsəyə gətirirlər. Danışıram gözlərim dolur. Kövrəldim (ağlayır). İnsan sonunda tək qalır. Bu boyda sənətlə tək qalmaq olmaz. Bir insan həvəslə sənətə gəlir...
Hamısını da uşaqlıqdan görmüşəm. Saçım-başım ağarıb. Uşaq filarmoniyasında böyümüşəm. Gördüm ki hamısının səhnədə uşaqları var, amma özləri yoxdurlar. Onlar məni bu sənətə həvəslə göndəriblər. Atalıq, qardaşlıq, dayılıq, əmilik ediblər", - deyə Aygün fikirlərini ifadə edib.
Qeyd edək ki, Aygün Bəylər bir neçə ildir ki, xərçənglə mübarizə aparır. Sənətçinin köməkçisi daha əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində Aygün Bəylərin oktyabrın əvvəlində Türkiyədə müalicəsini yekunlaşdırdığını və səhhəti ilə bağlı həkimlərdən xoş xəbər aldığını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:19 / 07.11.2022
Aygün Bəylər AĞLADI: "Bu boyda sənətlə tək qalmaq olmaz" - VİDEO
Hazırda oxunan: Aygün Bəylər AĞLADI: "Bu boyda sənətlə tək qalmaq olmaz" - VİDEO
Hazırda oxunan: Aygün Bəylər AĞLADI: "Bu boyda sənətlə tək qalmaq olmaz" - VİDEO
103251
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.