“Facebook” tarixində ilk - “Meta” minlərlə işçini ixtisar edəcək

“Facebook” tarixində ilk - “Meta” minlərlə işçini ixtisar edəcək

Hazırda oxunan: “Facebook” tarixində ilk - “Meta” minlərlə işçini ixtisar edəcək

103208

“Facebook” son mühasibat hesabatları və virtual reallıqdakı uğursuzluqlardan sonra çətin bir qərar verməyə hazırlaşır. 

Bu həftə işçilərə ixtisarlarla bağlı məlumat veriləcəyi bildirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Facebook”un aparıcı şirkəti “Meta”dan açıqlama verilib. 

Bildirilənlərə görə, minlərlə işçinin ixtisar ediləcəyi gözlənilir. İşçilərin çərşənbə gününə qədər bununla bağlı məlumatlandırılacaqları qeyd edilib. 

Həmçinin “Facebook” işçilərindən bu həftə lazımsız səyahətlərdən çəkinmələri istənilib. 

Məlumata görə, bu, “Meta”nın 18 illik tarixində ilk genişmiqyaslı kütləvi ixtisar olacaq. 

Qeyd edək ki, “Facebook”un səhmləri keçən həftə 23 faiz ucuzlaşıb. Bazar dəyəri isə 2022-ci ildə 655 milyard dollar azalaraq 240 milyard dollara düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO