Tovuzda qəzaya düşən avtomobilin sürücüsü belə xilas edildi – VİDEO  

Tovuzda qəzaya düşən avtomobilin sürücüsü belə xilas edildi – VİDEO  

Hazırda oxunan: Tovuzda qəzaya düşən avtomobilin sürücüsü belə xilas edildi – VİDEO  

103199

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "ГАЗел" markalı mikroavtobus və “ВАЗ” markalı minik avtomobili toqquşub, 3 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO