Xətai rayonunda Zəfər Gününə həsr olunan konsert proqramı təşkil edildi – FOTO  

Xətai rayonunda Zəfər Gününə həsr olunan konsert proqramı təşkil edildi – FOTO  

Hazırda oxunan: Xətai rayonunda Zəfər Gününə həsr olunan konsert proqramı təşkil edildi – FOTO  

103166

Noyabrın 4-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası  Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə  həsr olunmuş  konsert proqramı təşkil olunub. 

Bizim.Media xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadənin, Milli Məclisin deputatlarının, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, Milli Müdafiə Universitetinin kursantlarının, ziyalıların və sakinlərin qatıldıqları tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.  

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söhbət açıb.

Bildirilib ki, Vətən müharibəsində Xətai rayonundan 67 nəfər Vətən oğlu şəhidlik zirvəsinə yüksəlib.

R.Quluyev  Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitlərinə minnətdarlıq ifadə edib. 

Konsertdə tamaşaçılara Heydər Əliyev adına Hərbi İnstitutun beynəlxalq müsabiqələr laureatı olan Hərbi Orkestrinin tanınmış solistləri - Emin Kazımzadənin, Yeganə Dünyamalıyevanın, Günay Qasımovanın, Leyla Əliyevanın, Əlimbət Əliyevin, Ruslan Əliyevin, Fərhad Ələkbərovun və Tural Atayevin biri-birindən maraqlı ifaları təqdim edilib. 
Şəhid atası, Xalq artisti Əli Nur çıxış edərək qəhrəman əsgər və zabitlərimizin şanlı döyüş yolundan bəhs edib, Ali Baş Komandana, Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib. 

Sonra isə tanınmış estrada müğənniləri Çinarə Məlikzadə, “Cahan” qrupu, İlhamə Qasımova və Rövşən Binəqədili gözəl ifalarla çıxış ediblər. 

Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan Zəfər konserti zamanı səhnədə quraşdırılmış ekranda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış film nümayiş etdirilib. 

Tədbirdə bədii qiraətçi, Əməkdar artist Azad Şükürov çıxış edərək qarşıdan gələn Zəfər və Bayraq günləri münasibəti ilə xalqımızı ürəkdən təbrik edib. Vətənə, Azərbaycan Bayrağına həsr olunmuş şeirlər səsləndirib. 
Sonda hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı tamaşaçılara möhtəşəm mahnılarını təqdim edib. 

Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO