Zelim Kotsoyev Böyük Dəbilqədə qızıl medal qazandı

Zelim Kotsoyev Böyük Dəbilqədə qızıl medal qazandı

Hazırda oxunan: Zelim Kotsoyev Böyük Dəbilqədə qızıl medal qazandı

103109

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb. 

Bizim.Media xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı finalda serbiyalı Aleksandr Kukolla üz-üzə gəlib. 

Rəqibinə ipponla qalib gələn Kotsoyev yarışın qalibi olub. 

90 kq-da yarışan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradzeyə yenilib. 100 kq-dan yuxarı çəki dərəcəsindəki Camal Qamzatxano bürünc medal uğrunda macarıstanlı Riçard Sipoçla güləşəcək.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO