Övladları yüksək vəzifə tutan sabiq məmurlar - SİYAHI

Övladları yüksək vəzifə tutan sabiq məmurlar - SİYAHI

Hazırda oxunan: Övladları yüksək vəzifə tutan sabiq məmurlar - SİYAHI

102856

Cəmiyyətimizdə məmurların iş fəaliyyətləri ilə yanaşı onların özəl həyatları, həmçinin ailələri də insanların hər zaman maraq dairəsində olub.  Maraqlısı odur ki, bir vaxtlar yüksək vəzifə tutan sabiqlərin də öz və ailə həyatları zaman-zaman diqqət mərkəzinə çevrilib.

Bu marağı nəzərə alan Bizim.Media sabiq məmurların hazırda yüksək vəzifə tutan və yaxud böyük bizneslə məşğul olan övladları barədə məlumat topladı. 

Həmin məlumatı təqdim edirik:

1.Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev uzun illər müxtəlif vəzifələrdə çalışıb. O, 2003-cü ildə Gənclər və İdman Nazirliyində turizm idarəsinin rəisi, daha sonra Mədəniyyət və Turizm nazirinin müavini olub. Teymur Mehdiyev bir müddət Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini vəzifəsində də işləyib.

Hazırda Fövqəladə Hallar nazirinin müavini olan Teymur bəy həm də, general mundiri daşıyır.

2.Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Rauf Əhmədov hakimdir. Digər oğlu isə Xarici İşlər Nazirliyində çalışır. 

3.Prezidenti Administrasiyasının İşlər idarəsinin sabiq müdiri Oqtay Şahbazovunsa oğlu nazirdir. Pərviz Şahbazov hazırda Energetika naziri vəzifəsini daşıyır. 

4.Ərazilərin Bərpası üzrə Dövlət Agentliyini sabiq sədri Əli Məmmədovun oğlu da yüksək vəzifə daşıyır. Sahib Əli oğlu Məmmədov hazırda İqtisadiyyat nazirinin müavinidir. 

5. Baş nazirin sabiq müavini Elçin Əfəndiyevin qızı Humay ixtisasca hüquqşünasdır. Hazırda Humay Əfəndiyeva Konstitusiya Məhkəməsində Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsini tutur. Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi var. 

6. Daxili İşlər nazirinin sabiq müavini Zahid Dünyamalıyevin qızı da hazırda vəzifə başındadır. Nigar Dünyamalıyeva Konstitusiya Məhkəməsindı yüksək vəzifə daşıyır.

7.Sabiq Müdafiə naziri Səfər Əbiyevin oğlu Roman prokurorluq orqanlarında çalışır. 

8.Göyçay rayon İcra Hakimiyyətinin sabiq başçısı Mehdi Səlimzadə oğlu yüksək dövləti vəzifə tutur. O, Baş Prokurorluqda idarə rəisi, III dərəcəli dövlət ədliyyə müşaviridir.
Qeyd edək ki, R.Məcidov uşaqlıqdan babasının yanında böyüdüyü üçün soyadı fərqlidir. O, həmçinin Sumqayıtın icra başçısı Zakir Fərəcovun kürəkənidir. 

9. Xocalı rayon İcra Hakimiyyətinin başçısı Elman Məmmədovun oğlu Elşad Məmmədov da yüksək vəzifə tutur. O, hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir. 

10. “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun oğlu da yüksək vəzifə daşıyır. Cavid Muradov hazırda Sabunçu rayon Polis İdarəsinin rəisidir.

11.İmişli rayonunun sabiq İcra başşısı, Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Qubadlı rayon prokurorluğunda işləyir. 

12. Ağstafa rayonunun sabiq İcra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev isə Quba rayon prokurorunun köməkçisidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO