Yaponlar düyünü necə bişirir? - Ən sağlam üsul

Yaponlar düyünü necə bişirir? - Ən sağlam üsul

Hazırda oxunan: Yaponlar düyünü necə bişirir? - Ən sağlam üsul

10285

Yaponiyada hər gün demək olar, hər yeməkdə düyü yeyirlər. Hətta bəzi desertləri də düyüdən olur.

Onlar düyüdən bizim kimi yağlı, ətli plov bişirmir. Sadəcə tərəvəz, balığın da yanına düyü qoyurlar.

Bizim.Madia yaponların daha sağlam düyü bişirmə qaydasını təqdim edir:

- Onlar yumru düyü bişirir. Bu çox vacibdir. Uzun basmati düyünü yaponlar yemir

- Düyüyə heç bir əlavə ədviyyat, duz qatılmır

- 1 stəkan iri, yumru düyüyə 1,25 stəkan soyuq su götürülür. Bu vacibdir. Məhz bu nisbət idealdır.

- Bişməzdən əvvəl düyü minimum yarım saat, yaxşı olar ki, 1 saat islağa qoyulsun.

- Sonra soyuq su ilə 3 dəfə yuyulur və suyu tam süzülür.

- Qalın dibli qazana düyü və 1,25 stəkan su alınıb, zəif odda bişirilir.

- Qapaq bağlanır və bişənə kimi qapaq açılmır.

- Su qaynata düşəndən sonra daha 15 dəqiqə zəif odda bişirilir.

- Odu söndürüb, daha 10 dəqiqə qapağı bağlı saxlayırlar. Bu sanki düyünü dəmə qoymaqdır.

- Yalnız bundan sonra düyü ət, tərəvəz və ya balıqla süfrəyə verilir.

- Yaponlar düyüyə metal çəngəl-qaşıq vurmur. Onu taxta çubuqları ilə yeyirlər. Amma siz taxta qaşıqdan istifadə edə bilərsiz. (Medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO