Əli Əsədov Fuat Oktayla görüşdü

Əli Əsədov Fuat Oktayla görüşdü

Hazırda oxunan: Əli Əsədov Fuat Oktayla görüşdü

102837

Azərbaycanın Baş naziri Əli Əsədov ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında təkbətək görüş olub. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib. 

Görüş zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. 

Bakı şəhərində keçiriləcək Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının və birgə biznes forumun əhəmiyyəti vurğulanıb. 

F.Oktayın rəsmi səfərinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. 

Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO