Ötən həftə sonu "Bakı Konqres Mərkəzi"ndə canlı konsert proqramı ilə çıxış edən Xalq artisti Əzizə Mustafazadə məkanların birində növbəti dəfə Əməkdar artist Bəhram Bağırzadə ilə həmsöhbət olub.
Bizim.Media xəbər verir ki, aktyor 52 yaşlı pianoçuya Bakı ilə bağlı müxtəlif suallar ünvanlayıb.
Bəhramın "Konsertdən sonra sizə sual verdim ki, "Bakı necədir?" Siz söylədiniz ki, vaxt məhdudiyyətindən Bakını görmək hələ nəsib olmayıb.
Konsertdən sonra üç gün Bakını gəzdiniz. Şəhərimiz ilə bağlı hansı təəssüratlarınız yarandı?" sualına Əzizə belə cavab verib:
"Hsslərim belədir. Susayırsan və bulağın yanında olursan. İçirsən, amma sudan doymursan. Susuzluq hissi. Qalan bütün vaxtımızı Bakını gəzib şəhərin gözəlliyindən həzz almağa sərf edəcəyik. Başqa heç nə istəmirəm".
Qeyd edək ki, dahi jazzmen Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə uzun illərdir ki, Almaniyada yaşayır. Sənətkarın bir oğlu var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
01:00 / 04.11.2022
Əzizə Mustafazadənin BAKI SEVGİSİ - VİDEO
Hazırda oxunan: Əzizə Mustafazadənin BAKI SEVGİSİ - VİDEO
Hazırda oxunan: Əzizə Mustafazadənin BAKI SEVGİSİ - VİDEO
102743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.