Ararat Mirzoyan: “Türkiyə ilə danışıqlar yaxın gələcəkdə nəticə verə bilər”

Ararat Mirzoyan: “Türkiyə ilə danışıqlar yaxın gələcəkdə nəticə verə bilər”

Hazırda oxunan: Ararat Mirzoyan: “Türkiyə ilə danışıqlar yaxın gələcəkdə nəticə verə bilər”

102684

“Yaxın vaxtlarda Türkiyə ilə danışıqların bir sıra texniki məsələlərdə müsbət nəticələrə gətirib çıxaracağını gözləmək olar”. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirələrində deyib.

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında danışıqlarda irəliləyişlə bağlı sualı cavablandıran Mirzoyan qeyd edib ki, danışıqları ilkin şərt olmadan aparmaq lazımdır:

“Lakin Türkiyə yenə də hər şeyi Azərbaycanla münasibətlərin tənzimlənməsi ilə əlaqələndirir. İş masasında bir neçə mövzu var.  Diplomatik pasport sahiblərinin, eləcə də üçüncü ölkə vətəndaşlarının sərhədi keçməsinin mümkünlüyü müzakirə edilir”.
Xatırladaq ki, Ermənistan və Türkiyə arasında xüsusi nümayəndələr səviyyəsində danışıqlara dair razılıq 2021-ci ilin dekabrında əldə olunub. Ermənistan tərəfdən parlament sədrinin müavini Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təyin edilib. Artıq onlar arasında bir neçə görüş keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO