İran cənub bölgələrimizdə efir məkanımızı zəbt edib – Ekspertdən SOS

İran cənub bölgələrimizdə efir məkanımızı zəbt edib – Ekspertdən SOS

Hazırda oxunan: İran cənub bölgələrimizdə efir məkanımızı zəbt edib – Ekspertdən SOS

102668

“İran uzun illərdi ki, sərhəd bölgələrində bizim efir məkanımızı, ümumiyyətlə radioməkanımızı zəbt edib”.

Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söyləyib.

O, əlavə edib ki, ölkəmizin cənub bölgəsində nəinki radio və ya TV xidmətləri üçün, həmçinin mobil və ya hərbi yönümlü radioxidmətlər üçün İran bizə bilərəkdən maneə yaradır:
 

MÖVZU İLƏ BAĞLI:

İran radioları sərhəd qaydalarını yenə pozur – Rəqəmsal yayım ÇÖZÜM olacaqmı? 


“Uzun illərdi ki, Beynəlxalq Telekommunikasiya İttifaqının tələblərinə zidd olaraq İran bu təcavüzkar mövqeyindən əl çəkmir. Və özünün bütün radiovasitələrini tam gücü ilə Azərbaycan ərazisinə istiqamətləndirir. Hətta Şəki-Balakən regionunadək İran radiovericilərinin dalğaları gəlib çatır. Əslində, pandemiyadan öncə Azərbaycan, İran və BTİ arasında bu istiqamətdə kordinasiya işləri aparılırdı. Lakin bildiyim qədər bununla bağlı indiyədək hansısa bir müqavilə , razılaşma olmayıb. Və İran informasiya məkanımızı, efiri, milli radioməkanı zəbt etməkdə davam edir”.

Osman Gündüz onu da əlavə edib ki, tez bir zamanda bu beynəlxalq mexanizmləri işə salmaq və İranının sərhəd bölgəmizdə radiomüdaxiləsini məhdudlaşdırmaq lazımdır:

“Paralel olaraq da, hökumət Azərbaycanın bütün sərhəd boyu radioxidmətləri gücləndirməli, yeni radiostansiyalar, TV kanallar yaratmalıdır, radioinfrastruktur qurmalıdır. Yəni, öz radioməkanımıza sahib çıxmalıyıq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO