Ali Məhkəmə prokurorun şikayətini təmin etmədi

Ali Məhkəmə prokurorun şikayətini təmin etmədi

Hazırda oxunan: Ali Məhkəmə prokurorun şikayətini təmin etmədi

102648

Bu gün Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Yadigarovun barəsində məhkəmə qərarından prokurorluğun verdiyi kasssasiya protestinə baxılıb.

Bu barədə Bizim.Media-ya vəkil Əli Hüseynov məlumat verib. O, qeyd edib ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, prokurorun protesti təmin edilməyib, bəraət qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, hadisə ötən il iyulun 20-də Quba-Xaçmaz yolunda baş verib.

Belə ki, N. Yadigarov yolu keçmək istəyən piyada 1956-cı il təvəllüdlü Şakir Ağarzayevi idarə etdiyi "Kia Betta" markalı avtomobillə vurub.
Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Quba Rayon Məhkəməsi N. Yadigarovun günahsız olduğu qənaətinə gələrək, ona bəraət verib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO