Britaniya səfiri Rusiya XİN-ə çağırıldı

Britaniya səfiri Rusiya XİN-ə çağırıldı

Hazırda oxunan: Britaniya səfiri Rusiya XİN-ə çağırıldı

102620

Böyük Britaniyanın səfiri Debora Bronnert Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, buna səbəb kimi Ukraynanın Rusiyanın müvəqqəti işğalı altında olan Krım yarımadasının Sevastopol şəhərinə hücumda Britaniya Hərbi Dəniz Qüvvələrinin iştirakı göstərilib.

Bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyinin binasının girişində diplomatı bir qrup tələbə “Britaniya terrorçu ölkədir” şüarları ilə qarşılayıb.

Xatırladaq ki, oktyabrın 19-da Rusiyanın Qara Dəniz Donanmasının Sevastopoldakı gəmilərinə hücum həyata keçirilmişdi. Buna cavab olaraq Rusiya “taxıl sazişi”ndən birtərəfli qaydada çıxmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO