Alim Qasımov:

Alim Qasımov: "Avtomobilimi yumuram, elə palçıqlı sürürəm" - VİDEO 

Hazırda oxunan: Alim Qasımov: "Avtomobilimi yumuram, elə palçıqlı sürürəm" - VİDEO 

102526

"İlk avtomobilim "Moskviç" olub. Hələ o zaman "Zaporojets" almaq istəyirdim. Çünki "Moskviç" almağa o qədər imkan yox idi. Təbii ki, nə qədər yaxşı avtomobil olsa, bir o qədər yaxşıdır. Mən "Toyota" ilə başımı qatıram". 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımov qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.  

Verilişin aparıcısı aparıcı Zaur Kamalın "Nədənsə bizdə bir imkana görə, bir də bahalı maşına, görüntüyə görə qiymət verirlər" sözlərinə xanəndə belə cavab verib:

"Çünki belə vərdiş ediblər. Amma mən lap əvvəldən indiyə qədər bir dəfə də maşınımı yumamışam. Elə palçıqlı da sürmüşəm. Kimin yazığı gəlirsə, götürür, yuyur. Mənim üçün fərqi yoxdur. İndi, ümumiyyətlə, fərqi yoxdur, mən nə geyinirəm, nə yeyirəm, nə sürürəm, harada otururam, nə edirəm... Çünki o ritmdə özümü yaşada bilmirəm. Nə qədər sadə təbəqədə yaşasam, o qədər mənə rahat gəlir. Çox bahalı yerdə sıxılıram, sadəliyi özümə dost seçmişəm.

O məni yola verir, mən də onu".  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO