Zəngilan rayonunun Ağalı kəndinin daha 6 sakini istehsal, xidmət sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımi avadanlıqlarla təmin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumat verilib.
Onlardan Sahil Mahmudov və Natiq Mahmudova qəssab, Anar Məmmədova kişi bərbərxanası, Elnur Zeynalova kiçik dəmirçi sexi, Elman Zeynalova avtoçilingər, Tünzalə Orucovaya isə qadın gözəllik salonu zərfi üzrə mal və materiallar verilib.
Bununla da kənddə artıq 10-dək sakin üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar yaradılıb.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi Ağalı kəndinin 46 sakinini işlə təmin edib, bir qrup şəxsin də məşğulluğunun təminatı üçün işlər aparılır. Kənd sakinlərindən 12 nəfər isə peşə hazırlığına cəlb edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:06 / 02.11.2022
Ağalı sakinləri işlə TƏMİN EDİLDİ - FOTO
Hazırda oxunan: Ağalı sakinləri işlə TƏMİN EDİLDİ - FOTO
Hazırda oxunan: Ağalı sakinləri işlə TƏMİN EDİLDİ - FOTO
102494
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.