“Bakını məhv eləmək istəyirlər” – Mütəxəssisdən qalmaqallı AÇIQLAMA

“Bakını məhv eləmək istəyirlər” – Mütəxəssisdən qalmaqallı AÇIQLAMA

Hazırda oxunan: “Bakını məhv eləmək istəyirlər” – Mütəxəssisdən qalmaqallı AÇIQLAMA

102482

“Son vaxtlar nəqliyyatın idarə edilməsi ilə əlaqədar paytaxtda  inşa edilən asma körpü, tunel və yolötürücülərin heç birinin effekti olmayıb. Tikilən körpü və tunellərin tıxacın aradan qaldırılmasında heç bir faydası yoxdur”.

Bu sözləri nəqliyyat eksperti Eldəniz Cəfərov inşa olunan yerüstü körpü və tunellərin tıxacın aradan qaldırılmasında rolundan danışarkən qeyd edib. Onun sözlərinə paytaxtda elə körpülər və tunellər var ki, fəaliyyətsizdir:

“Qış aylarında, yağışlı, qarlı havalarda isə tunellərdən istifadə keçilməz olur. Məsələn, “20 yanvar”dan başlayaraq Ziya Bünyadova gedənə qədər ötürücü tunel tikilib. Körpünün elə istiqaməti var ki, sürücülər oradan istifadə etmir.

8 Noyabr stansiyasına doğru gedən yolda körpünün bir qolu istifadəsizdir. Bundan əlavə Sulutəpə və Xırdalan ərazisində yeni tikilən körpü də demək olar ki, istifadəsizdir. Bəzi yerlərdə asma körpülərin əhəmiyyəti yoxdur. Ziya Bünyadov ərazisindən keçən tuneldə hər həftə qəza olur”.
Ekspert hazırda şəhər yollarının ortasına döşənən betonlara da etiraz edib. O, deyib ki, əsl tıxac və sıxlıqları bu betonlar yaradır:

“Təssüf ki, biz köhnə səhvlərimizdən ibrət götürə bilmirik. Bu gün də Bakı şəhərində bəzi yolların ortasında 3 metr enində betonlar salınır. Məsələn, hazırda Əhməd Rəcəbli küçəsində bunu edirlər. Ora betonu döşəyirlər və bir neçə ağac əkirlər. Bir tərəfdən deyirik ki, yollarda sıxlıq olmasın, rahat hərəkət olsun. Amma bəzi qurumlar yolları daraltmaqla məşğuldur. Anlamıram ki, yolun ortasından 3 metr enliyində betonun çəkilməsinə nə ehtiyac var? Bu layihənin müəllifi kimdir və hansı qurumlarla razılaşdırılıb? Gələcəyi düşünmədən niyə belə addım atılır? Bəlkə Bakıda tranvay yollarının salınması haqda düşünürük? Əlində səlahiyyəti olan qurum sökür və dağıdır. Guya ki, bu, yollarda nizam-intizam yaratmaq, piyadaların təhlükəsizliyi məqsədilə edilir.

Əgər bu gün hansısa qurumlar özbaşınalıq edərək, bilinməyən layihələr əsasında Bakı yollarının ortasına beton döşəyirsə, bir neçə ildən sonra nəzərdə tutulan yeni plana görə onların sökülməsinə başlayacağıq. Sanki paytaxtda qurumlar arasında yarış gedir ki, kim Bakı şəhərinə daha çox zərər verərsə, birinci yerə çıxacaq və medalla təltif olunacaq”.

Ekspert əlavə edib ki, indi görülən “işlər”in heç bir əhəmiyyəti qalmayacaq:

“İki il bundan əvvəl də Ağa Nemətulla küçəsində yolun ortasına 2 metr enliyində beton döşənib yolu daraltmışdılar. Indi həmin küçədə sıxlıq yaranıb. Hansı ki, orada heç vaxt sıxlıq olmurdu. Montin ərazisində geridönməni yığışdırdılar. İndi həmin küçədə dəhşətli dərəcədə tıxac yaranıb.

Geridönməni ylğışdırdıqlarına görə Heydər Əliyev prospektinin köməkçi sağ yolunda da sıxlıqlar olur. Gələcəyi görmədən, heç nəyi təhlil və proqnozlaşdırmadan, perspektivi bilmədən edirlər.
Bu gün aparılan “işlər” 5 il sonra yenidən sökülməli olacaq. Çünki iqtisadiyyat böyüyür, əhalinin sayı artır, yeni-yeni nəqliyyat vasitələrinin sayı artır, ola bilsin ictimai nəqliyyatın şaxələndirilməsi baş versin”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO