Samuxda 2 avtomobil toqquşdu - Ər-arvad xəsarət aldı

Samuxda 2 avtomobil toqquşdu - Ər-arvad xəsarət aldı

Hazırda oxunan: Samuxda 2 avtomobil toqquşdu - Ər-arvad xəsarət aldı

102455

Samuxda yol nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Zazalı kəndinə gedən yolda hərəkətdə olan iki avtomobil toqquşub. 

Qəza nəticəsində 1955-ci il təvəllüdlü G. Qurbanov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü A. Qurbanova yaralanıb. 

Onların Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparıldığı deyilir. İlkin məlumata görə, zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO