Elza Xalq artistləri ilə barışmasından DANIŞDI - ÖZƏL

Elza Xalq artistləri ilə barışmasından DANIŞDI - ÖZƏL

Hazırda oxunan: Elza Xalq artistləri ilə barışmasından DANIŞDI - ÖZƏL

102435

Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl küsülü olduğu Xalq artistləri - Rasim Balayev və Nazpəri Dostəliyeva ilə barışmasından söz açıb. 

Bu haqda isə sənətçi Bizim.Media-nın əməkdaşı ilə söhbətində danışıb.  

Elza bildirib ki, Rasim Balayev ona şeir yazmağı davam etdirməsini istəyib. 

“Əliabbas Qədirovun xatirəsinə həsr olunmuş veriliş keçirildi. Orada Rasim Balayev də iştirak edirdi. Gördüm ki, Rasim müəllim mənə minor və romantik baxışlarla baxdı. Aramızda küsülülük ola bilməz. Rasim müəllim böyük ustad və sənətkardır. Ona qarşı addım atım, onunla salamlaşdım. O da sağolsun bu addımımı müsbət qarşıladı. Söylədi ki, sən şeirlərini yaz. Mən də cavab olaraq onun alnından öpdüm” 

Bir müddət əvvəl məclislərin birində Xalq artisti Nazpəri Dostəliyeva ilə üz-üzə gələn Əməkdar artist qarşı tərəflə barışmasına bu cür münasibət bildirib.  

“Nazpəri xanımla Rəqsanə İsmayılovanın oğlu Muhammedin kiçik toyunda görüşdük. Novruz bayramı ərəfəsində verilişlərin birində onun bayramını təbrik etdim. Toyda onun qarşısında rəqs edib, ona sarı getdim. Salamlaşdım, onu öpdüm və o da mənim bu addımımı müsbət qarşıladı. Küsülülük nəyə lazımdır ki,... Nazpəri xanımla barışdığıma görə çox şadam”. 

Qeyd edək ki, illər əvvəl E.Seyidcahan ilə N.Dostəliyeva münsif olduqları “Azərbaycanın səsi” müsabiqəsində  canlı zamanı mübahisə etmişdilər. İllər öncə R.Balayev isə qonaq olduğu verilişlərin birində Elzanın şeir yazmasına qarşı çıxaraq “Elza Seyidcahan şeirlər oxuyur.
Buna bir deyən yoxdur ki, a bala işinlə məşğul ol, sən şair deyilsən. Televiziyanın sədri və ya rejissoru yoxdur ki, desin bu şeirlər efirlik deyil, bacım, qızım, gəlinim, nə bilim nəyim. Onda mən çıxım ağzıma gələni danışım? Olmaz axı! Bu efirdir. Sən efir vasitəsilə hər bir evə girirsən” sözlərini dilə gətirmişdi.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO