"Tərtər işi" üzrə həbs edilmiş 11 nəfərlə bağlı apellyasiya baxışı başlayır.
Bizim.Media xəbər verir ki, iş Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.
Apa.az-ın məlumatına görə, ilk baxış iclası bu günə təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda "Tərtər işi" çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.
Bildirilib ki, Plenumda Baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:21 / 02.11.2022
"Tərtər işi" üzrə 11 nəfərin MƏHKƏMƏSİ BAŞLAYIR
Hazırda oxunan: "Tərtər işi" üzrə 11 nəfərin MƏHKƏMƏSİ BAŞLAYIR
Hazırda oxunan: "Tərtər işi" üzrə 11 nəfərin MƏHKƏMƏSİ BAŞLAYIR
102368
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.