Anası və bacısı dənizdə boğuldu, özü şəhid oldu – Xaçmaz şəhidi Günəş Qocayev - FOTO 

Anası və bacısı dənizdə boğuldu, özü şəhid oldu – Xaçmaz şəhidi Günəş Qocayev - FOTO 

Hazırda oxunan: Anası və bacısı dənizdə boğuldu, özü şəhid oldu – Xaçmaz şəhidi Günəş Qocayev - FOTO 

102318

Bu gün Xaçmazın Palçıqoba kəndində Vətən Müharibəsi şəhidi Günəş Qocayevin anım mərasimi keçirilib. 

Anım mərasimində şəhidin yaxınları ,kənd sakinləri,şəhid ailələri və qazilər,Xaçmaz İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Doğulduğu kənd məzarlığında torpağa tapşırılan Günəş Qocayevin ailəsi onun şəhid olması ilə daha bir itki yaşayıb.  

Xaçmazlı bloger Osman İmamovun Bizim.Media-ya verdiyi məlumata  görə,şəhid Günəş Qocayevin anası və bacısı 2018-ci il iyun ayının 26-da Nabran çimərliyində boğulub.  

Həmin faciədən sonra hərbi xidmətə yollanan Günəş Vətən Müharibəsində iştirak edib, 2020-ci il oktyabr ayında Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  

Vətən Müharibəsi şəhidi Günəş Qocayevin atası Əfqan Qocayev oğlunun Vətənin müdafiəsi yolunda şəhidliyə ucalmasından qürur duyduğunu dilə gətirib və onu yad edənlərin hər birinə təşəkkür edib.  

Qeyd edək ki, ölümündən sonra şəhid Günəş Qocayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 3 döyüş medalı ilə təltif edilib.  

Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO