Ölkədə orta aylıq əmək haqqı 7,1 faiz ARTACAQ - RƏSMİ

Ölkədə orta aylıq əmək haqqı 7,1 faiz ARTACAQ - RƏSMİ

Hazırda oxunan: Ölkədə orta aylıq əmək haqqı 7,1 faiz ARTACAQ - RƏSMİ

102249

2023-cü ilin dövlət büdcəsində əmək haqqı, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə ayırmalarla (22,0%) bağlı xərclər bərabər olmaqla 8,6% artımla proqnozlaşdırılıb, növbəti ildə orta aylıq əmək haqqının artımı 7,1% səviyyəsində nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Rəydə qeyd edilib ki, cari ilin gözlənilən icrası ilə müqayisədə 2023-cü ildə büdcə təşkilatları (22%) üzrə proqnozlaşdırılan sığorta haqqının artım tempi isə 5,2%-dir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda orta aylıq pensiya artırılır – RƏSMİ 


Statistik məlumatlara əsasən cari ilin avqust ayında orta aylıq əmək haqqının 829,0 manat səviyyəsində olması və bu göstəricinin müsbət dinamikliyi fonunda cari ilin sonuna gözlənilən orta aylıq pensiya məbləğlərində artımların gözlənilməsi cari ilə dair xüsusi çəki göstəricisinin müəyyən edilmiş səviyyədən aşağı həddə olacağını şərtləndirir:

“Növbəti ildə bu göstəricidə əsaslı artımların müşahidə edilməsi cari il üzrə orta aylıq nominal əmək haqqında baş vermiş artımlara müvafiq olaraq növbəti ilin əvvəlində aparılacaq indeksləşdirmə ilə bağlı olması qənaətindəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO