Könül düşmən kəsildiyi Təranə ilə BARIŞIB? – VİDEO

Könül düşmən kəsildiyi Təranə ilə BARIŞIB? – VİDEO

Hazırda oxunan: Könül düşmən kəsildiyi Təranə ilə BARIŞIB? – VİDEO

102215

Əməkdar artist Könül Kərimova küsülü olduğu həmkarları Təranə Qumral, Musa Musayev cütlüyündən söz açıb.

Bizim.Media xəbər verir ki, “Səhər mərkəzi” verilişində duet ortağı Cabbar Musayevlə qonaq olan sənətçi gözlənilmədən həmkarlarının ünvanına təriflər yağdırıb.

“Orada əgər Musayev imzası varsa, demək ki, orada zəif və mənfi heç nə ola bilməz. Onların duetləri çox gözəl qarşılanır. Hər şey göz önündədir. Tamaşaçılar tərəfindən sevgi qazanıblar. Tam səmimi etiraf edirəm”,  - deyə Könül bildirib.
K.Kərimova “Mən danışıram, amma efirdə Cabbarı göstərirlər” bildirib.

Qeyd edək ki, 4 il əvvəl Könül Kərimova qonaq olduğu “5-də 5” axşam şousuna düşmən kəsildiyi həmkarı Təranə Qumral studiyaya daxil olub. “Qanlı bıçaq” olduğu Təranəni görən Könül verilişi tərk edib”.

Rəşad Əliyev, Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO