Gələn il ölkəmizdə inflyasiya PROQNOZLAŞDIRILIR - 6,2 % 

Gələn il ölkəmizdə inflyasiya PROQNOZLAŞDIRILIR - 6,2 % 

Hazırda oxunan: Gələn il ölkəmizdə inflyasiya PROQNOZLAŞDIRILIR - 6,2 % 

102132

2022-2026-cı illərdə hər il orta hesabla 6,2 % inflyasiyanın qeydə alınacağı proqnozlaşdırılır. 

Bizim.Media xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb. 

Həmçinin bildirilib ki, 2023-cü ilin büdcə layihəsi ilə birgə təqdim edilmiş sənədlərdə orta inflyasiyanın 2022-ci il üzrə 12,5 %, 2023-cü ildə isə 6,9 % proqnozlaşdırıldığı qeyd edilib. 

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nda təməl şərtlərlə illik inflyasiyanın 4+- 2 % intervalında qorunacağı müəyyənləşdirilib. 6,2 % inflyasiya proqnozu isə hədəf diapozonun yuxarı həddindən bir qədər çoxdur. 

Biizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO