Çində arxeoloqlar aristokratlar ailəsinin 2,3 min il yaşı olan məzarını tapıblar.
Bizim.Media xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.
Qəbir iki yeraltı zaldan ibarətdir. Alimlərin fikrincə, orada zadəgan və onun həyat yoldaşlarının cəsədlərinin qalıqları qalıb. Türbədə at və arabalar üçün taxçalar, həmçinin lazım olan bir çox əşyalar var.
Ən diqqətəlayiq tapıntılar türbəni qoruyan bir vəhşi heyvanın heykəli, quş fiqurları ilə rənglənmiş barabandır.
Arxeoloqlar bu tapıntının köməyi ilə Qədim Çin əhalisinin mədəniyyəti və məişətinin xüsusiyyətləri haqqında əlavə məlumat əldə etməyi planlaşdırırlar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:10 / 30.01.2021
Arxeoloqlar Çində 2,3 min il yaşı olan türbə tapdılar
Hazırda oxunan: Arxeoloqlar Çində 2,3 min il yaşı olan türbə tapdılar
Hazırda oxunan: Arxeoloqlar Çində 2,3 min il yaşı olan türbə tapdılar
10213
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.