Vətən müharibəsinin 36-cı günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO 

Vətən müharibəsinin 36-cı günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO 

Hazırda oxunan: Vətən müharibəsinin 36-cı günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO 

102097

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. 

Bizim.Media Vətən müharibəsinin 36-cı gününün xronikasını təqdim edir.

- Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, bir ədəd piyada döyüş maşını, iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, səkkiz ədəd müxtəlif tipli topu, iki rabitə qülləsi, beş ədəd avtomobil texnikası sıradan çıxarılıb.

- Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

- Ermənistan silahlı qüvvələrinin döyüş sursatı yüklənmiş hərbi yük maşınları partladılıb.

- Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb.

- Düşmənə məxsus iki ədəd “Qrad”, iki artilleriya batareyası, hərbi avtomobil korteji sıradan çıxarılıb.

- Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsünü paylaşıb.

- Düşmənin xeyli sayda canlı qüvvəsi aviazərbələrlə məhv edilib.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO