Sülhməramlıların Qiyaməddinli kəndində yürüşü - FOTO

Sülhməramlıların Qiyaməddinli kəndində yürüşü - FOTO

Hazırda oxunan: Sülhməramlıların Qiyaməddinli kəndində yürüşü - FOTO

10204

Rus hərbi personalı  atəşkəs rejiminə və Dağlıq Qarabağda bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yerləşəcəyi Qiyaməddinli kəndində yürüşə başlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya və Türkiyə tərəflərinin bərabər əsasda təmsil olunduğu Birgə Monitorinq Mərkəzinin heyəti vəziyyətin monitorinqi, həmçinin atəşkəsə PUA vasitəsilə nəzarəti yerinə yetirəcək.

Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət edən Rusiya-Türkiyə Birgə Mərkəzi 11 noyabr 2020-ci il tarixində Rusiya və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərləri tərəfindən imzalanan Memoranduma uyğun olaraq Azərbaycan Respublikası ərazisində yerləşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO