“Azərbaycan istəməsə, sülhməramlılar Qarabağda olmayacaq” – Paşinyana CAVAB

“Azərbaycan istəməsə, sülhməramlılar Qarabağda olmayacaq” – Paşinyana CAVAB

Hazırda oxunan: “Azərbaycan istəməsə, sülhməramlılar Qarabağda olmayacaq” – Paşinyana CAVAB

102038

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin mandatını 20 ilə qədər uzatmağa hazır olduğunu açıqlayıb. O, belə bir təklifin Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəyərləndirilməsini istəyib.

"Rusiya sülhməramlılarının vəzifələrini davam etdirmələrini istəyirik. Mən Soçidə sülhməramlıların mandatını 10, 15-ə qədər uzadacaq sənədi imzalamağa hazıram. Bu, 20 il də çəkə bilər”, - deyə Paşinyan bildirib. 

Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci ilin noyabrında Qarabağa göndərilib. Onların mandatı 5 il üçün nəzərdə tutulub. Bu əsasda da uzağı 2025-ci ildə sülhməramlılar Qarabağı tərk etməlidir. 

Bizim.Media-ya açıqlama verən siyasi ekspert Araz Aslanlının fikrincə, Paşinyanın bu təklifi başqa dövlətin daxili işlərinə qarışmaqla yanaşı, münaqişəni uzatmağa, sülhdan yayınmağa hesablanmış addımdır:
 

MÖVZU İLƏ BAĞLI:

Laçın dəhlizini tərk edən sülhməramlıların postlarından GÖRÜNTÜLƏR 


“Paşinyanın bu açıqlaması əslində Ermənistanın və vasitəçi başqa dövlətlərin sülh quruculuğu prosesindəki əsl niyyətini ortaya qoyur. Sülhməramlı qüvvələr hər hansı bir ərazidə münaqişənin davam etdiyi zaman mövcud olur. Azərbaycanın niyyəti odur ki, münasibətləri beynəlxalq hüquq əsasında tənzimləyən sülh müqaviləsi imzalansın.

Bu zaman burada heç bir əlavə qüvvə, sülhməramlılara da ehtiyac qalmaz. Azərbaycanla Ermənistan dinc şəraitdə yaşasın. Bakı əvvəldən bu mövqeyi ortaya qoyub, indi də onu davam etdirir. 
İrəvanın və yaxud başqa bir tərəfin sülhməramlıların Qarabağda olması müddətini uzatmaq təklifləri isə əslində münaqişəni daha da uzatmaq, sülhdən qaçmaq, regionun problemli region olaraq qalması məqsədi daşıyır. 

Digər tərəfdən, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazi Azərbaycana aid ərazidir.

Həmin ərazidə hansı dövlətin sülhməramlı qüvvələri və hansı şərtlərlə qalacağı sadəcə müstəsna olaraq Azərbaycanın təkbaşına verəcəyi qərardır. İkinci bir dövlətin bununla bağlı fikir bildirməsi, qərar verməsi mümkün deyil. Nəinki Ermənistan, habelə digər başqa dövlətin də bu barədə qərar vermək səlahiyyəti yoxdur.

Bakı istəməsə sülhməramlılar Qarabağda olmayacaq. 

Sadəcə müharəbinin dayandırılması ilə bağlı 10 noyabr bəyannaməsi vaxtilə Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalandığı üçün orada İrəvan nəsə bir fikir bildirmişdi.

Çünki həmin bəyannamədə məsələ sülhməramlıların gəlməsini tənzimləmək deyil, ümumiyyətlə münaqişənin dayandırılması ilə bağlı idi. Bu mənada açıq şəkildə görünür ki, Paşinyanın son təklifi sülh prosesini tormozlamağa yönəlib”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO